Fransız müğənni vəfat edib
12-06-2024, 18:25
Fransalı müğənni Fransuaza Ardi 80 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə BFM TV onun oğluna istinadən məlumat yayıb.
Ardi xərçənglə uzun sürən mübarizədən sonra dünyasını dəyişib. O, 20 ilə yaxın limfomadan müalicə olunub və 2019-cu ildə sənətçiyə yeni xərçəng diaqnozu qoyulub.
Ardi ən azı 45 radiasiya müalicəsi qəbul edib.
Bu ərəfələrdə o, şiddətli boğulma və burun qanamalarından şikayətlənib:“Mən ölməkdən qorxmuram, amma əzab çəkməkdən çox qorxuram, xüsusən də bu artıq baş verdiyi üçün”.
2024-cü ilin mart ayında müğənni bir daha oxuya bilməyəcəyini etiraf edib.
Musiqi tarixində o, “Tous les garcons et les filles”, “Le themes de l’amour”, “Voila” kimi hitləri ilə tanın;r.
Ardi karyerasına 60-cı illərdə başlayıb. Konservatoriyanı bitirdikdən sonra ilk mahnısının buraxılması üçün Vogue ilə müqavilə bağlayıb.
1963-cü ildə Ardi “L’amout s’en va” mahnısı ilə Eurovision-da iştirak edib.
Qeyd edək ki, Ardi təkcə musiqisi ilə deyil, həm də üslubu ilə məşhurlaşıb.
O, moda ikonası Paco Rabanne və Yves Saint Laurent moda evlərinin siması olub.
Müğənni 2018-ci ildə son albomunu buraxıb.