Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4%-ə yaxın artırıb

1-07-2025, 17:14           
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4%-ə yaxın artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 442,3 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 5,1 % azalaraq 251,4 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 2,7 dəfə artaraq 127,9 milyon ABŞ dolları olub.

Ötən 5 ayda Azərbaycan həmçinin Gürcüstana 125,5 milyon ABŞ dolları (31 % çox), Ukraynaya isə 76,5 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru