Rusiya Azərbaycana nota verdi

1-07-2025, 17:38           
Rusiya Azərbaycana nota verdi
"Bakının qeyri-dost hərəkətləri, o cümlədən respublikanın paytaxtında rusiyalı jurnalistlərin saxlanması"fonunda Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə etiraz notası təqdim edib.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“Bakının son qeyri-dost hərəkətləri, Azərbaycan tərəfinin ikitərəfli münasibətləri pozmaq üçün düşünülmüş addımları ilə bağlı səfirə etiraz edilib”, - deyə məlumatda qeyd olunur. pizza sifarişi

Rusiya XİN-in məlumatına görə, bu tədbirlərə aşağıdakılar daxildir: “Dövlətlərarası dialoq çərçivəsində yüksək səviyyəli tədbirlərin ləğvi, hakimiyyətin təhriki ilə Azərbaycan mətbuatında aparılan rusofobik kampaniya, Azərbaycan hüquq-mühafizə orqanlarının "Sputnik Azərbaycan" xəbər agentliyi və onun əməkdaşlarına qarşı qəbuledilməz hərələtləri, o cümlədən uşaq yaradıcılıq qrupları ilə bütün mədəniyyət tədbirlərinin ləğvi”.

“Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə Bakıda saxlanılan rusiyalı jurnalistlər (İqor) Kartavıx və (Yevgeni) Belousovun dərhal həbsdən azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib”, - XİN-dən bildiriblər.

Azərbaycan səfiri ilə görüşü xarici işlər nazirinin müavini Mixail Qaluzin keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru