Almaniyada həbs: Danimarkalı İran kəşfiyyatına işləyirmiş

Dünən, 17:28           
Almaniyada həbs: Danimarkalı İran kəşfiyyatına işləyirmiş
Danimarka hakimiyyəti Almaniyada İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən bir vətəndaşını saxlayıb.

Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, saxlanılan şəxs hazırda Almaniyaya ekstradisiyasını gözləyir və orada mühakimə olunacaq.

Ekstradisiyanın vaxtı hələlik məlum deyil. pizza sifarişi

Almaniya prokurorluğunun bildirdiyinə görə, həmin şəxs İran kəşfiyyatının tapşırığı ilə Berlində yəhudilərin toplaşdığı yerlər və ayrı-ayrı şəxslər haqqında, ehtimal ki, hücumlar hazırlamaq məqsədi ilə məlumatlar toplayıb. Xüsusilə, iyun ayında o, Almaniyanın paytaxtında 3 evi izləyib.

Şübhəli ötən Cümə axşamı Danimarkanın Orhus şəhərində saxlanılıb. Onun tam adı açıqlanmayıb; mediada “Ali S.” adı ilə qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.