Rusiyanı silkələyəcək xəbər: nəhəng ölkə hərəkətə keçdi – Yaxın günlərdə…

Bu gün, 17:54           
Rusiyanı silkələyəcək xəbər: nəhəng ölkə hərəkətə keçdi – Yaxın günlərdə…
ABŞ Rusiyanın ticarət tərəfdaşı olan və Ukraynaya dəstək verməyən ölkələrə 500 faiz rüsum tətbiq etmək niyyətindədir. Bu barədə konqresmen Lindsi Qrem “ABC” telekanalının efirində bildirib.

Sitat: “ABŞ Senatı iyulun 7-də Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini nəzərdən keçirməyə hazır olacaq. Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-a göndərdiyiniz daşımalara 500 faiz rüsum tətbiq olunacaq”.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da rusiyalı həmkarı Vladimir Putinin gördüyü işlərdən razı qalmadığını və Moskvaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirdiyini elan etmişdi.

Yeni layihənin qəbul olunması qlobal ticarət əlaqələrinə necə təsir edəcək? Prosesin iqtisadi nəticələri nə ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, nəhəng ölkələr arasında gərginliklər uzun illərdir davam edir:

“Hazırda rəsmi Kreml və Kiyev münasibətləri ən yüksək həddə çatıb. Beynəlxalq arenada bəzi ölkələr Ukraynaya dəstək verdiyi halda, digərləri müxtəlif səbəblərdən prosesə “səssiz” qalır. ABŞ-ın da müzakirə edilən qərarı məhz bu dövlətlərin müdaxiləsini təşviq etməyə yönəlib. Bu gün dünyada iqtisadi müharibələr aparılır”.

Ekspert bildirib ki, ABŞ-ın bu qərarı qlobal iqtisadiyyatda böhrana səbəb ola bilər:

“İlk növbədə, Rusiya ilə ticarətdə tranzit marşrutlarının dəyişməsi və ixracatçı ölkələrin iqtisadiyyatında müəyyən çöküş gözlənilir. Alternativ olaraq, iri müəssisələrin istehsalı dəstək verən ölkələrə daşınacaq və ya ixraclar həmin yerlərdən olacaq”.

Ləman Hüseynzadə
Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.