"ChatGPT" əmək bazarını dəyişir: Kimlər ən çox zərər çəkiblər?
Bu gün, 17:44
"ChatGPT"nin 2022-ci ilin noyabrında işə salınmasından sonra başlanğıc mərhələ üçün nəzərdə tutulmuş iş yerlərinin sayı təxminən üçdə bir azalıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd olunur ki, ən çox əziyyət çəkənlər isə hələ ilkin iş təcrübəsi olmayan şəxslərdir.
Belə ki, söhbət universitetlərin tələbələrindən və məzunlarından gedir, onlar üçün vakant yerlərin sayı 31%-dək azalıb.