"Teleaparıcılığın üstündən birdəfəlik xətt çəkə bilmərəm"
1-09-2016, 08:04
"ANS bağlandıqdan sonra yerli telekanallardan və təhsillə bağlı özəl şirkətlərdən təkliflər almışam".
Bu sözləri axşam.az-a açıqlamasında ANS-in aparıcısı Murad Əzimzadə deyib.
O bildirib ki, bundan sonra özünü başqa peşədə də sınamaq istəyir:
"Yaxın günlərdə işlə bağlı qərarımı verəcəm. Hələ təkliflərlə bağlı düşünürəm. Aparıcılıqla paralel jurnalistikaya yaxın olan işlərlə məşğul ola bilərəm. Amma teleaparıcılığın üstündən birdəfəlik xətt çəkə bilmərəm.
Hədəflərim var, karyeram normal səviyyədədir. Düşünürəm ki, televiziyada hələ yolun başındayam. Mənim əsas işim teleaparıcılıqdır. Digər təkliflərə isə paralel iş olaraq açığam".
Qeyd edək ki, M.Əzimzadə "Ağıl dəryası" verilişinin aparıcısı idi.