“Çox xoşbəxtəm“ - Zamiq

1-09-2016, 08:50           

“Bu gün Dövlət Televiziyasında çox sevdiyim Nərgiz Cəlilovanın "Sevənlər" verilişi Afaq Bəşirqızına həsr olunmuşdu”

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov yazıb.

Sənətçi bildirib ki, uşaqlıqda xalq artisti Afaq Bəşirqızının pərəstişkarı olub:

“Bu proqrama sürpriz olaraq mən dəvət edildim. Çünki Afaq xanımın ən çox sevdiyi mahnı “Sən necə də gözəlsən”dir. Nərgiz xanım mənə telefonla zəng vurub dedi ki, Zamiq gəl, bunu edək. Mən də təbii ki, böyük sevgi ilə qəbul etdim. İki çox sevdiyim dəyərli sənətkarla bir səhnəni paylaşdım. Çox xoşbəxtəm. Allah bunları bizə çox görməsin. Hər ikisi öz sahələrində bizim canlı sərvətimizdilər. Bir də verilişdə qeyd etdim ki, uşaqlıqdan bu qadının fanatı olmuşam. Aktrisa kimi o mənim gözümdə böyük obraz kimi canlanıb. Nə bileydim ki, bir gün gələcək, o qadın da məni bir sənətçi kimi sevəcək. Allah hamının ürəyincə versin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.