Tanınmış aparıcı Bakı metrosu haqda: "Camaat elə bil yeraltı saunaya girir"

2-09-2016, 13:00           

Tanınmış televiziya və radio aparıcısı Aytən Səfərova Bakı Metropolitenini sərt tənqid edib.

Jurnalist metronu "yeraltı sauna" adlandırıb:

"Bakı Metropolitenindən istifadə etməkdəyəm. Yəni ki, hazırda qatarda gedirəm. Məncə, hər metro stansiyasının girişində ürək-damar və ağciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. Bu nədir? Metroda, qatarlarda ventilyasiya deyilən bir şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minlərlə insan-yaşlı, əliuşaqlı, hamilə, xəstə məcburdu metrodan istifadə etməyə. Düzəldin ventilyasiya sistemini. İnsanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik bir mənfi hal bu boyda işi kölgədə qoyur. Əminəm ki, düzələcək".

Xatırladaq ki. Aytən Səfərova aktiv sosial şəbəkə istifadəçisidir və mütəmadi olaraq, sosial məsələlərlə bağlı mövqeyini bildirir.


Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.