Tom Kruz əlil müğənni ilə sevgilidir - Foto

15-07-2024, 11:54           
Tom Kruz əlil müğənni ilə sevgilidir - Foto
Aktyor Tom Kruzun əlilliyi olan gənc müğənni ilə sıcaq münasibətlərini əks etdirən fotosu sosial şəbəkələrdə paylaşılıb.

Teleqraf.com xəbər verir ki, Londonda vertolyotla gəzinti zamanı aktyor və 25 yaşlı müğənninin birlikdə şəkil çəkdirib.

İnternet istifadəçiləri dərhal potensial cütlüyü müzakirə ediblər. Çoxları anadangəlmə sağ qolu olmayan xanımla Kruzun münasibətlərinin davamlı olacağına şübhə ilə yanaşıblar.

Sosial şəbəkələrdə ən çox rast gəlinən şərhlər isə belədir: “Mən onların arasında qığılcımlar görürəm. Ümid edirəm ki, biz onları bir yerdə görəcəyik”, “Tom Kruz Hollivudda əsl tapıntıdır. Təsəvvür edirəm, Leonardo Di Kaprio xanımını 25 yaşını tamaladığı və əlilliyi olduğu üçün helikopterindən necə atardı”, "Mən onların arasında nəsə olduğuna şübhə edirəm, məncə, Tom sadəcə bir centlmen kimi davranıb".

Xatırladaq ki, son vaxtlar 62 yaşlı Kruzun şəxsi həyatında aktivlik müşahidə olunur. Bir müddət əvvəl aktyor sevdiyi rus əsilli Elsina Xairovadan ayrılıb. Lakin onun mövcud ailəsi ilə münasibətləri heç də ürəkaçan deyil. Belə ki, aktyorun yeganə bioloji qızı Suri atası ilə bütün əlaqələrini kəsərək məşhur soyaddan imtina edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.