"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal

16-07-2024, 08:11           
Aktyor Hikmət Rəhimov rejissorluğunu etdiyi "Apatiya" filminin ikinci hissəsinin çəkilişlərində qalmaqal yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə ekran işində rol alan aktrisa Sanura Cəfərova sosial media hesabında yazıb. Sanura H.Rəhimovu onun və digər işçilərin qonorarını ödəməməkdə ittiham edib:

"Rejissor" Hikmət Rəhimov, məni hər yerdən blok etdiyin üçün səni buraya işarələyə bilmirəm. Amma əminəm ki, sənə çatdıracaqlar. Buradan demək istəyirəm. Sənə yalnız bir həftə vaxt verirəm (yəni, 22 iyula qədər).

Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver! vaxt getdi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.