Şərti “ŞUMDA KƏSƏN” AKTRİSA: - “O qonorardan aşağı məbləğə çəkilmirəm”
16-07-2024, 17:40
Son vaxtlar yerli seriallarla bağlı tənqidi fiikrirlər səsləndirilir. Bir çox sənət adamları rejissor işi, ssenari və aktyor oyununun zəif olduğunu əsas gətirərək, həmin seriallara çəkilməkdən imtina etdiklərini bildirir. Amma bu tənqidi fikirlər heç də birmənalı qarşılanmır.
Aktrisa Sabirə Abdullayeva Yenicag.az-a açıqlamasında bu fikirlərlə qətiyyən razılaşmadığını bildirib. Keyfiyyətli serialların çəkildiiyni deyən aktrisa qonorar azlığı barədə iradlara da münasibət bildirib:
“Qətiyyən bu tənqidi fikirlərlə razı deyiləm. Hesab edirəm ki, Azərbaycanda həm ssenari, həm rejissor işi, həm də aktyor oyunu ilə fərqlənən keyfiyyətli seriallar çəkilir. Ümumiyyətlə götürsək, dünya səviyyəsi ilə müqayisədə qonorarlar aşığıdır. Amma belə müqayisə etsək, Azərbaycan reallığına görə normaldır. İctimai Televiziyada yaxşı seriallar çəkilir. Elə qonorar da yaxşıdır. Qeyd edim ki, serial və filmin keyfiyyətli olması üçün maliyyə də əsas şərtlərdəndir. Hansısa sponsorun verdiyi məbləğ çox olmalıdır ki, ortaya keyfiyyətli iş çıxarılsın. Təbii ki, mükəmməl komanda ilə görülən işə yaxşı pul veriləndə o iş də keyfiyyətli alınır.
Özüm də hazırda ARB kanalında “Çinar kölgəsi” serialında baş rolda oynayıram. Yeni mövsümdə efirdə nümayiş olunacaq. Tamaşaçıların ürəyincə olacağına əminəm”.
Aktrisa hər hansı seriala dəvət alarkən şərtlərinin də olduğunu açıqlayıb:
“Təbii ki, şərtlərim var. Ssenarini oxuyuram və əgər məni qane edirsə, digər məsələlərə keçirəm. Yəni mənim üçün qonorar məsələsi də çox önəmlidir. Bəlli bir qonorarım var, o nə olursa-olsun, o qonorardan aşağı məbləğə çəkilmirəm”.