Selena Qomez bu dərdindən qurtula bilmir
12-10-2024, 11:27
Dünya pop səhnəsinin ulduzu Selena Qomez sosial şəbəkələrdən yoxa çıxmasının səbəblərini açıqlayıb.
OLAY yazır ki, sənətçi Benni Blanko ilə münasibətində xoşbəxt olsa da, Castin Biberlə münasibətindən bəri onu təqib edən psixi problemlərdən tam qurtula bilmədiyi söyləyib.
Müğənni yaşadığı depressiyanı hələ də çətinliklə xatırlayır və bipolyar pozğunluqdan çəkdiyi ağrılı, acılı günlərini göz yaşları ilə danışıb.
Qomez bu yaxınlarda özünün kosmetik brendi olan “Rare Beauty” sayəsində milyarder oldu. Kosmetik layihəsi üçün sosial şəbəkədə o, dəstəyə görə minnətdarlığını bildirib və göz yaşları içində psixi problemlərə görə onun üçün nə qədər çətin olduğunu söyləyib.
“Eyni Binada Cinayətlər” serialının ulduzu pərəstişkarlarına təşəkkür edib və bəzən “özünü təcrid etdiyini” etiraf edib, tez-tez sosial şəbəkələri pərəstişkarlarının gözündən uzaqlaşdırdığını bildirib.
“Bu, qorxudur”, - deyə Qomez əlavə edib.
Xatırladaq ki, Selena Qomez tez-tez sosial şəbəkələrə fasilə verir, bütün məsuliyyəti köməkçilərinə verir. Bununla da müğənni internetdə şəxsi həyatı ilə bağlı nifrət dalğasından və ya qızğın müzakirələrdən xilas olur və psixi vəziyyətini qoruyur.