Wanda Naranın boşanma şərti! İkardidən nə istəyir?

20-11-2024, 15:44           
Wanda Naranın boşanma şərti! İkardidən nə istəyir?
“Qalatasaray”ın ulduzu Mauro İkardi və həyat yoldaşı Wanda Nara yaşananlardan sonra ayrılmaq qərarına gəlib.

Cütlük hal-hazırda Türkiyə və Argentinada gündəmdə qalmaqda davam edir.

İndi isə məsələ ilə bağlı Wandadan flaş bir addım atıb. Argentina mətbuatından “NTV Spor”un verdiyi xəbərdə, İkardinin ümumi sərvətinin yarısını Naranın istədiyi iddia edilir.

Məlumatlara görə, İkardinin sərvəti təxminən 80 milyon avrodur. Wanda Nara bunun yarısını istəyir. İkardi “Qalatasaray”dan ildə təxminən 10 milyon avro qazanır. Mülklərinin isə İtaliya, Argentina və Parisdəki ümumi dəyəri 10 milyon avrodur. İkardinin təxminən 1 milyon avro dəyərində üç dəbdəbəli avtomobilə sahib olduğu da təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru