Rusiyada məşhur aktrisa ilə bağlı absurd TƏKLİF

7-12-2024, 00:01           
Rusiyada məşhur aktrisa ilə bağlı absurd TƏKLİF
Rusiyada əfsanəvi sovet Yeni il komediyasında – “Taleyin ironiyası və ya həmişə təmizlikdə” filmində oynayan Ukrayna əsilli aktrisa, Rusiya Federasiyasının xalq artisti Liya Axecakovanın rolunun süni intellektin köməyi ilə Liza Boyarskaya ilə əvəzlənməsi təklif edilib.

Tribunainfo.az xəbər verir ki, Korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik üzrə federal layihənin rəsmi nümayəndəsi Yelena Kreit belə bir təşəbbüslə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə müraciət edib.

Təklifə səbəb 86 yaşlı aktrisanın ABŞ-ın Los-Anceles şəhərindəki konsert zamanı Ukrayna ilə bağlı verdiyi açıqlama olub. Liya Axecakova “Yaşasın, Ukrayna!” dediyinə görə qəzəbə gəlib.

Təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodinin sözlərinə görə, Rusiya sakinləri “Axecakovanı televiziyada görməkdən nifrət edəcəklər, çünki o, Ukrayna silahlı qüvvələrini dəstəkləyir”.

Liya Məcidovna Axecakova 9 iyul 1938-ci ildə Dnepropetrovsk şəhərində (Ukrayna) anadan olub. Atalığı Məcid Salehoviç Axecakov (1914–2012) baş rejissor, anası Yuliya Aleksandrova Adıgey Dram Teatrının aktrisası olub.
10 yaşında olanda anası və xalası vərəm xəstəliyindən vəfat edib. Liya Stalinə məktub yazaraq yardım istəyib, onun ailəsinə həmin vaxtlar üçün nadir olan yeni dərman preparatı göndərilib.
1962-ci ildə A. V. Lunaçarski adına Teatr İncəsənət İnstituna daxil olub, 1961-ci ildə məzun olub. İlk addımlarını teatr səhnəsində atıb. Müxtəlif filmlərdə çəkilib, teatr tamaşalarında fərqli rollar oynayıb.
1994-cü ildə Rusiya Federasiyasının Xalq artisti adını qazanıb. “Söz verilən cənnət” və “Qurbanı təsvir etmək” filmlərində oynadığı ikinci plan rollara görə iki dəfə “Nika” mükafatçısı olub. 2015-ci ildə kinoya verdiyi töhfələrə görə “Nika”nın fəxri mükafatına layiq görülüb. İki dəfə ərdə olub. Övladı yoxdur.

Liya Axecakova uzun müddətdir ki, ardıcıl olaraq Ukraynada aparılan hərbi əməliyyatlara qarşı çıxış edir. O, Rusiyada müxalifyönlü şəxs olaraq tanınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru