Başı “TikTok”a qarışdı, efirdə olduğu unutdu - Video
7-12-2024, 10:28
Rusiyalı xəbər aparıcısı Yekaterina Mazalkova efirdə həyəcanlı anlar yaşayıb.
“Qafqazinfo” “Moskovski komsomolets” nəşrinə istinadən xəbər verir ki, “Vesti Krasnoyarsk” proqramının aparıcısı efirdə olduğunu bir anlıq unudub.
Həmin anda isə onun başı telefonda “TikTok”da gülməli videoların birinə qarışıb. Mazalkova videonu operatorlara göstərmək istəyərkən canlı efirdə olduğunun fərqinə varıb.
Özünü bir anlıq itirən aparıcı “Salam, biz “Vesti Krasnoyarsk”da efirdəyik”, - deyə vəziyyəti toparlayaraq tamaşaçılarla salamlaşıb.