Ancelina Colinin şərqli sevgilisi: Milyarderin arvadı sevgi hekayəsindən xəbər tutub - FOTOLAR
10-10-2016, 23:43
Qərb mətbuatı 2 məşhur film ulduzu - Ancelina Coli və Bred Pitin boşanma xəbəri ilə silkələndi. Boşanma səbəbi kimi ən müxtəlif veriyalar irəli sürüldü. Cütlük artıq bir sıra məsələlərdə razılığa gəlib və uşaqlar üzərində hamilik müvəqqəti olaraq Coliyə veriib.
Cebhe.info xbər verir ki, “Star” qəzeti cütlüyün boşanması ilə bağlı sensassiyalı məlumat əldə edib. Məlumata görə, boşanmaya səbəb Bred Pitin yox, A.Colinin yeni sevgi romanıdır. Aktrisanın seçiminin kim olduğu xəbər verilmir. Ancaq onun Yaxın Şərqdən olduğu, Oksfordda təhsil aldığı və milyard dollarlıq sərvətə sahib olduğu deyilir. Biznesmen yarim il əvvəl Coli ilə xeyriyyə tədbirində tanış olub. Şəxsin evli olduğu və xanımının ondan boşanmaq istəmədiyi də yayılan məlumat arasındadır.
Colinin yeni romanından Bred Pitin də xəbərdar olduğu, ancaq hələlik bu barədə məlumatları ictimailəşdirmək istəmədiyi deyilir. Səbəb isə onun uşaqlar üzərində Ancelina Coli ilə birlikdə hamilik almağa nail olmaq istəməsidir.