Şou biznes əhlinə arbitr kimi vergilər nazirliyinə ehtiyacı var- TƏKLİF
17-10-2016, 17:34
Müğənni Aygün Kazımova həmkarları Elza Seyidcahan və Şəhla Həmidova arasında yaşanan qalmaqala münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi “Ondan sonra” proqramına zəng edərək, şou əhlinin geyim və maddi imkanının müzakirə olunmasına etiraz edib: “Geyim söhbəti nə zaman efirlərdən yığışdırılacaq? Aşığın sözü qurtaranda nanay-nanay deyir. Sənətçinin geyiminin, evinin, maddi imkanının olub-olmamasının heç kimə aiddiyyatı yoxdur. Mən xəstə, şikəst sənətçi görmüşəm, sənəti olduğu üçün göylərə ucaldılıb. Bir insanın sənəti varsa, hansısa təbəqəyə çıxacaq, uğur qazanacaq. Sözünü deyə bilmək üçün daha çox çalışmalısan. Muğam ifaçısının öz, estrada müğənnisinin öz geyim tərzi var. Açıq-saçıq geyim üçün gözəl bədən quruluşu olmalıdır. Sənət adamlarının zəhmətini yerə vurmaq olmaz. Biz çox işləyirik, bir çox kişidən çox qazanırıq, gecəmiz-gündüzümüz yoxdur. Elza o dəfə verilişdə düz dedi, Rəqsanə efirə çıxıb, bir söz dedi, hamımızı yerə vurdu. Rəqsanədə elədirsə, deməli, hamıda elədir? Bu, səhv fikirdir. Ümumiyyətlə, sponsor söhbətləri yığışdırılsın. Elə sözlər başqasının əməyini alçaldır”.
Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan ilə müğənni Şəhla Həmidova arasında ”Ondan sonra” verilişində qalmaqal yaşanmışdı. Ş.Həmidova “Efirdə ağlamaqla gündəmə gəlməmişəm, belə söhbətləri sevmirəm. Acından ölsəm də özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. Evi halal pulla dəyişmək olmur”, - deyə bildirib.
İfaçının sözləri E.Seyidcahanı qəzəbləndirib. O, "Camaatı niyə təhqir edirsən? Burada o qədər qadını, kişini, sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, Nurilər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb, efirdə başqa cür danışır. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın”, - deyə Ş.Həmidovaya etirazını bildirib. Müğənni daha sonra ifaçının geyim tərzinə də iradını bildirib.
P.S. teref.az olaraq şou biznes əhlinin mübahisəsini kəsmək üçün təklif edirik ki. vergilər nzirliyi devrəyə girsin. Müğənnilərin mübahisəsini qanun əsasında sadə bir yolla həll etsin. Hər bir şou əhlinin verdiyi vergiyə əsasən onun illik gəlirini elan etsin və bu gəlirin hansı xərclərə yetib yetmədiyini artıq ictimaiyyət qərar versin.Onda ictimiyyətə Elza Seyidcahan və ya Şəhla Həmidovanın düz dediyinə qərar verər.
teref.az