Səidə Sultan bir çoxlarına cavab verdi ".......sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən namusundan."

19-10-2016, 19:34           
Səidə Sultan bir çoxlarına cavab verdi ".......sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən namusundan."
“Dövrümüzün bəzi insanları elə pis murdarlaşıblar ki, hər kəs öz keçmişini unudub. Yekə-yekə danışır, özlərini elə aparırlar elə bil bunları tanıyan yoxdur. Kiməsə rişğənd etmək istəsəm belə, birinci addımda özümü görməyi bacaran bir insanam".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan deyib. İfaçı şou-biznes nümayəndələrini tənqid edib:

"Kim yanımda yekəbaşlıq edib, özünü göstərmək istəsə, onu da yerində otuzdurmağı bacaranam. Hər kəs birinci növbədə özünü tanımalıdır. Mənim işim şou-biznesdir. Bu gün bu aləmin bəzi nümayəndələri elə böyük danışırlar ki: sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən namusundan... Görəsən, özlərində fikirləşmirlər ki, axı məni tanıyan var. İstəyirlər ki, çıxıb yadına salasan. Çoxları da efirə çıxıb özlərini elə göstərirlər ki, bunlardan yoxdur. Ayılın da, bəsdirin artistlik etdiniz. Hamı-hamını çox gözəl tanıyır. Kim hansı məssəbə qulluq edir və edib. Kiməsə dil uzadanda birinci öz ayıbınızı görməyə çalışın”.

Qeyd edək ki, müğənni Elnarə Xəlilova "5/5" verilişində S.Sultana oxumağı onun öyrətdiyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.