BTQ-nin hazırladığı klip Fransada ajiotaj yaradıb

1-04-2025, 11:24           
BTQ-nin hazırladığı klip Fransada ajiotaj yaradıb
Bakı Təşəbbüs Qrupu tərəfindən martın 13-də yayımlanan “Azadlıq və ya ölüm” adlı rep klipi Fransa siyasi dairələrində ciddi ajiotaj yaradıb.

"Report" xəbər verir ki, Fransanın müxtəlif media orqanlarında artıq bu barədə məlumatlar dərc olunur.

“Liberté ou mort” adlı bu repin sözləri və 2024-cü ildə baş vermiş hadisələri təsvir edən fotolar zorakılıq və nifrətə təhrik kimi qiymətləndirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.

Yeni Kaledoniyanın prokuroru Yves Dupas istintaqın Paris məhkəməsinə ötürülməsinə qərar verib.

Halbuki klipdə Fransanın kolonializm siyasətindən başqa heç nə yoxdur.

Qeyd edək ki, Bakü Təşəbbüs Qrupu, özünü qeyri-hökumət təşkilatı kimi təqdim edir və Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada, dekolonizasiya və insan haqları mövzularında fəal şəkildə iştirak edir. 2023-cü ildən bəri fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu (BTQ) öz fəaliyyəti ilə ciddi nəticələr əldə edib. Belə ki, əsas məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək vermək olan təşkilat neokolonializmə qarşı mübarizəyə böyük töhfə verməkdədir. Bunun ən bariz nümunələrindən biri dünyada müstəmləkəçiliyin vətəni kimi tanınan Fransanın artıq geri çəkilməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru