"Danışığını bilməyən ağılsız": Xalq artistindən sərt reaksiya

1-04-2025, 11:34           
"Danışığını bilməyən ağılsız": Xalq artistindən sərt reaksiya
Xalq artisti Faiq Ağayev "Kanal S"in aparıcısı Nigar Fərhadın "oğluma atasız qız almaram" sözlərinə sərt reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, müğənni aparıcını "danışığını bilməyən ağılsız" hesab edib.

"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.

Əvəzində mağara düşüncəsi qoyur ortalığa.

Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb...

Çox acınacaqlı haldır", - deyə Xalq artisti bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru