P.Diddi prokurorluğun təklifini rədd etdi

3-05-2025, 16:38           
P.Diddi prokurorluğun təklifini rədd etdi
Məşhur amerikalı reper və prodüser P.Diddi (Şon Kombs) federal prokurorların təklif etdiyi etiraf sövdələşməsini rəsmən rədd edib.

Oxu.Az-ın "Page Six" nəşrinə istinadla verdiyi məlumata görə, qərar məhkəmə prosesinin başlamasına cəmi üç gün qalmış açıqlanıb.

Məhkəmə iclası zamanı hakim Arun Subramanyan reperdən istintaqla əməkdaşlıq edib, uzunmüddətli həbs cəzasından qurtulmaq imkanı olduğu halda bu razılaşmadan imtina edib-etmədiyini soruşub.

"Bəli, zati-aliləri", - deyə Şon Kombs təsdiqləyib.

Prokurorluğun rədd edilmiş təklifinin detalları açıqlanmır. Qalmaqallı musiqiçinin məhkəmə prosesi 5 may tarixində başlayacaq.

Xatırladaq ki, reper Kombs 17 sentyabr 2024-cü ildə ona qarşı irəli sürülən ittihamlardan sonra həbs edilib. Diddiyə üç ittiham maddəsi - reketçilik məqsədilə sui-qəsd, cinsi istismar məqsədilə insan alveri və fahişəliklə məşğul olmaq üçün insanların daşınması üzrə təqsirli bilinərsə, ömürlük həbs cəzası və ən azı 15 il azadlıqdan məhrum edilmə təhlükəsi var. Səs-küylü seks məclisləri ilə tanınan musiqiçi, Bruklində federal istintaq təcridxanasında məhkəməni gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru