Fiziki məhdudiyyətlər aktyorluğa mane olmadı: Səhnədə və ekranda özünü tapan məşhurlar
Dünən, 15:08
Aktyor peşəsinin sağlam və gözəl insanları sevdiyi düşünülür. Lakin hər qaydanın öz istisnası var - fiziki məhdudiyyətlərə baxmayaraq, ekranda və teatrda özünü tapmış ulduzlar özlərindən sonra silinməz izlər qoyublar.
Aif.ru onlardan bəzilərini təqdim edir.
Piter Falk
Məşhur "Kombo" obrazı ilə tanınan amerikalı aktyor üç yaşında gözünü itirib. Buna baxmayaraq, süni gözlə oynadığı detektiv obrazı onu Hollivud ulduzuna çevirib.
Silvestr Stallone
Stallone doğulan zaman üz sinirləri zədələndiyindən dodaqları əyilib, nitqi isə qeyri-adi olub. Lakin onun məhz bu xüsusiyyəti "Rokki" obrazında onun simasına çevrilib.
Loren Ridloff
Anadangəlmə eşitmə və nitq məhdudiyyəti olan aktrisa "Eternals" və "The Walking Dead" kimi filmlərlə ekranlara çıxıb.
Jamel Debbuz
Fransalı aktyor gənclikdə qatar qəzasında sağ qolunu itirib. Buna baxmayaraq, "Ameli" və "Asteriks" filmləri ilə şöhrət qazanıb.