"Maşın" şounun növbəti saxtakarlığı: - O, yarışdan uzaqlaşdırılmalıydı! FOTOFAKT

5-06-2017, 20:00           
"Maşın" şounun növbəti saxtakarlığı: - O, yarışdan uzaqlaşdırılmalıydı!  FOTOFAKT
“Maşın” şounun saxta olması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Yenicag.az xəbər verir ki, budəfəki fakt səslənən iddiaları daha da gücləndirir.

Sizə təqdim etdiyimiz fotoda yarışın iştirakçılarından olan Oksana Rəsulova maşının ətrafında poz verir. Yarışın digər iştirakçısı Təranə Qumral isə barmaqları ilə oynamaqla diqqət çəkir. Halbuki, qaydalara əsasən, müğənninin bir əli maşının üzərində olmalıydı.

Qeyd edək ki, bu, real hesab edilən, ancaq çoxlarının inanmadığı şou ətrafında baş verən ilk belə saxtakarlıq deyil.

Belə ki, bir neçə gün öncə oyun zamanı Kənan M.M.-in də maşının üzərindən əlini çəkməsini əks etdirən görüntülər yayılmışdı. Buna baxmayaraq, rejissor yarışda mübarizəsini davam etdirmiş, daha sonra şoudan öz istəyi ilə ayrılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru