Lider TV-nin bədii rəhbəri istefa verdi

3-08-2017, 13:37           

Daha bir tanınmış şəxs Lider TV ilə yollarını ayırıb.

BakuPost.az-ın əldə etdiyi məlumata görə, TV-nin bədii rəhbəri, rejissor, əməkdar incəsənət xadimi Etibar Babayev vəzifəsindən istefa verib.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş bədii rəhbəri E. Babayev Lider TV ilə əməkdaşlığa iyun ayının ortalarında başlayıb. Belə ki, o, sözgüdən tarixdə TV-nin bədii rəhbəri postuna təyin edilib. E. Babayev Liderə öz komandası ilə birlikdə gəlib. Bədii rəhbər və komandası TV-də yalnız 3 həftə çalışıb. Etibar Babayev getdikdən sonra isə, onunla birlikdə gələnlər də televiziyadan ayrılmaq qərarı veriblər.

Məsələ ilə bağlı Lider TV-dən açıqlama vermək istəməyiblər.

Xatırladaq ki, bir müddət əvvəl də Liderin tanınmış simalarından olan Lamiyə Ələkbərqızının kanalla yollarını ayırdığı bildirilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.