Ayaz Salayev onu tənqid edən rejissoru YERİNDƏ OTURTDU: “Səviyyəmdə olmayan insanlara...”

3-08-2017, 21:11           

Ayaz Salayev həmkarı Asif Rüstəmovun onun Qarabağ layihəsi haqqında bildirdiyi tənqidi fikirlərə cavab vermək istəməyib.
Ayaz Salayev Publika.az-a verdiyi açıqlamada bildirib ki, səviyyəcə ondan aşağı olan insanlara cavab vermək niyyətində deyil:
“Asif Rüstəmovu şəxsən tanımıram, münasibətlərimiz yoxdur. Fikirləri ilə tanış deyiləm. Yalnız onu deyə bilərəm ki, mən öz səviyyəmdə olan insanların bildirdiyi tənqdiləri qəbul edirəm və fikir bildirirəm. Səviyyəmdə olmayan insanların tənqidləri məni maraqlandırmır, onlarla polemikaya girmirəm. Min adam söz deyə bilər, onların hamısına cavab vermək məcburiyyətində deyiləm ki. Bəzi adamların məqsədidir ki, adlarımız yanaşı çəkilsin”.
Tanınmış kinoşünas “Qarabağın həsrət salnaməsi” layihəsinin tamaşaçılar tərəfindən necə qarşılandığından da danışıb: “Film çox yaxşı qarşılanır. Artıq bu barədə Rusiyada da məqalə çıxıb. Onu müxtəlif auditoriyalarda da yoxlamışam, hətta göz yaşına hakim ola bilməyib ağlayanları da gördüm. Öz layihələri gələcəkdə də davam etdirəcəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru