Sia Förler özəl həyatına olduqca diqqət edən məşhurlardandır. O, əksər zamanlarda performanslarında və videolarında üzünü parik və maskalarla gizlətməyə çalışır. Rihanna, Beyons, Keti Perri, Adel kimi dünyanın bir çox məşhurları üçün mahnılar yazsa da, daim məşhur olmaqdan qaçır. Sia 2013-cü ildə “Billboard” dərgisi üçün qələmə aldığı “Məşhurluğa qarşı manifestim” adlı məqaləsində “əgər məşhur olmayanlar məşhur olmağın necə bir şey olduğunu bilsəydi, əsla məşhur olmaq istəməzdi” yazmışdı.