Corc Kluni daha kinoya çəkilmək ehtiyacı duymadığını bildirib
12-11-2017, 11:16
Amerika aktyoru Corc Kluni daha kinoya çəkilmək ehtiyacı duymadığını bildirib. “Report” xəbər verir ki, bunu o "The Sunday Times" nəşrinə müsahibəsində deyib. "Mən kinoya kifayət qədər çox çəkilmişəm və bilirsiniz, mənim artıq 56 yaşım var. Mən daha qızların xoşuna gələn oğlan deyiləm", - deyə o bildirib. Nəşr qeyd edir ki, Kluni və onun biznes tərəfdaşları iyunda tekila (Tünd spirtli içki) istehsalı ilə məşğul olan "Casamigos" birgə müəssisəsini 1 milyard dollara satıb. "Mən aktyor peşəsi ilə hesablarımı ödəmək üçün məşğul olurdum, lakin tekila istehsal edən şirkəti 1 milyard dollara satdıqdan sonra artıq pula ehtiyacım yoxdur!", - deyə Kluni bildirib. Bununla yanaşı aktyor maraqlı layihələrdə iştirakını istisna etməyib.