Nadir Qafarzadənin qalmaqallı fikirlərinə reaksiya verildi: “Müğənninin konkret faktları varsa... “

5-02-2018, 20:53           
Nadir Qafarzadənin qalmaqallı fikirlərinə reaksiya verildi: “Müğənninin konkret faktları varsa... “
Məlum olduğu kimi, ötən həftə müğənni Nadir Qafarzadənin sənətçilərin qadın alveri ilə məşğul olması haqda səsləndirdiyi fikirlər səs-küyə səbəb olub.
Müğənni “Yeni Müsavat”a açıqlamasında onlarla sənətçinin bu işlə məşğul olduğunu bildirib və hüquq-mühafizə orqanlarına çağırış edərək, bu işin araşdırlmasını tələb edib.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib: “Ölkədə mətbuat azadlığıdır. Hər bir vətəndaş öz fikrini tam sərbəst şəkildə ifadə edə, müəyyən məsələlər ilə bağlı təklif və tövsiyyələrini verə bilər. O ki, qaldı müğənninin dediyi fikirlərə, onun bu məsələ ilə bağlı konkret faktları varsa, DİN-nin “102” xidməti-zəng mərkəzinə, aidiyyatı orqanlara və yaxud DİN-nin İnsan Alverinə qarşı Baş İdarəsinə müraciət edə bilər. Bu zaman məsələ konkret şəkildə araşdırıla və hüquqi qiymət verilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru