Anqlo-amerikalı aktyor Con Mahoni 77 yaşında Çikaqoda xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.
"Report" xəbər verir ki, bu barədə artistin meneceri Pol Martinoya istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, aktyor "Freyzer" sitkomu (vəziyyətə uyğun komediya) və "Bir söz de" və "İbtidai qorxu" kimi ekran əsərlərində oynadığı rollarla məşhurdur.