“Düşünürlər ki, görüşdüyüm adam mütləq varlı olmalıdır” – Pərvin Abıyeva

4-04-2018, 14:16           

Aktrisa Pərvin Abıyeva ailə qurmaq barədə maraqlı açıqlamalar edib.
O, bu haqda tez-tez düşündüyünü bildirib:
“Ailə qurmaqla bağlı fikirlərim tez-tez dəyişir. Bəzən qəti qərar verirəm daha sonra isə fikrimdən daşınıram. İstəmirəm el gözünə görə ərə gedim, uşaq olsun sonra da boşanım. Ailəni elə bir adamla qurmalısan ki, sona qədər getsin. Elə biri qarşıma çıxmıb”.
Aktrisa sevəcəyi adamın peşəsindən də söz açıb:
“Peşəsinin o qədər də önəmi yoxdur. Düşünürlər ki, görüşdüyüm adam mütləq varlı olmalıdır. Allah şükür pulumu özüm qazana bilirəm. Bu vaxta kimi hər şeyimi özüm əldə etmişəm. Mənim üçün önəmli olan mənə hörmət etməsi və çox sevməsidir. Mən sevgi qadınıyam. Bunu hiss etməsəm həyat mənim üçün boş və mənasız olar”.
Prime-Time












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru