Sosial şəbəkələrdə Hacı Nuran Hüseynovun ölüm xəbəri yayılıb. Primetime.az xəbər verir ki, onun uzun sürən xəstəlikdən sonra dünyasının dəyişdiyi bildirilib. Bu barədə Hacı Nuran açıqlama verərək, barəsində çıxan bu xəbəri yalanlayıb: “Bunu kim yayıb? Hələ sağam, ölməmişəm”. Qeyd edək ki, hazırda aparıcı Almaniyada müalicəsinə davam edir.