Müğənninin cəsədi Türkiyədə tapıldı - Bakıya gəldiyi ehtimal edilirdi

30-06-2018, 20:03           
Müğənninin cəsədi Türkiyədə tapıldı - Bakıya gəldiyi ehtimal edilirdi
İyunun 22-də Antalyanın Kaş rayonunda itən türkiyəli müğənni Metin Korun cəsədi tapılıb.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, 7 gündür axtarılan sənətçinin meyiti Gömbe yaylasında qurduğu kampdan təxminən 500 metr yuxarıda, qayalıq ərazidə aşkarlanıb.
Bədənində yara izləri olan 43 yaşlı Korun qayalıqlardan düşüb öldüyü ehtimal olunur.
Qeyd edək ki, aparıcı Elgiz Əkbər “Qafqazinfo”ya açıqlamasında M. Korun Azərbaycana gəldiyinin ehtimal edildiyini bildirmişdi: “Bir neçə il bundan əvvəl İstanbulda aktyorluqla bağlı kursa getmişdim. Orada bir nəfərlə tanış olub, dostlaşdıq. Mənə məlumat göndərdi ki, Metin Kor hər dəfə danışırdı ki, Türkiyədə ona qiymət vermirlər, Bakıya gələcək. Musiqiçinin valideynləri də ehtimal edir ki, hansısa yolla Bakıya gəlib”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru