Elçin Əlibəyli ailəsi ilə birgə qorxulu anlar yaşadı: “Tüpürüm qanuna…” (Foto)

1-07-2018, 16:08           
Elçin Əlibəyli ailəsi ilə birgə qorxulu anlar yaşadı: “Tüpürüm qanuna…” (Foto)
Tanınmış teleaparıcı Elçin Əlibəyli təhlükəli vəziyyətlə üzləşib.

Minval.info xəbər verir ki, Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinin sürücüsü onu ailəsi ilə birgə avtomobildən düşmək məcburiyyətində qoyub. Belə ki, *9111 şirkətində çalışan 90-AR-193 dövlət nömrə nişanlı ağ “Daewoo” markalı avtomobili idarə edən şəxs teleaparıcı və yaxınlarının həyatını təhlükəyə atıb. Bu barədə Elçin bəy məlumat verib.

“Sürücü sükan arxasında telefonla oynayır və təhlükəsizlik kəmərini taxmamışdı. Qəfil əyləci basdı və maşında olan azyaşlı oğlum yıxıldı. Ona dedim ki, sükan arxasında telefonla oynamaq qanuna ziddir. Mənə dedi, tüpürüm qanuna, onsuz da QAİ (DYP-red.) yoxdur. Mən məcbur olub ailəmlə onun daha kobud sözlərini eşitməmək üçün yarı yolda düşüm” – teleaparıcı bildirib.

Onun sözlərinə görə, artıq *9111 şirkətinə aid taksidə ikinci dəfə belə əməlin şahidi olur. Elçin Əlibəyli bununla bağlı ölçü götürülməsini tələb edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.