Məşhur müğənninin villasından 9 milyon pul apardılar

18-09-2015, 19:23           
Məşhur müğənninin villasından 9 milyon pul apardılar
Dima Bilanın seyfindən 9 milyon rubl yoxa çıxıb.Məşhur rusiyalı ifaçı və “Avrovizion” müsabiqəsinin ulduzu qarətçilərin qurbanına çevrilib.

Publika.az TASS-a istinadən xəbər verir ki, oğurluq ifaçının Yeni Moskvanın Rasskazovka kəndindəki evindən edilib. Araşdırmalar zamanı bir sıra maraqlı faktlar meydana çıxıb.

Təxminən gecə saat 1-ə yaxın Novomoskovsk inzibati rayonunun polis şöbəsinə oğurluq barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis qıfılın sındırıldığının şahidi olub. İstintaq-əməliyyat qrupu 33 yaşlı ev sahibini və gözətçini dindirib, evdəki əşyalardan nümunələr götürüblər.

Qarətçilərin axtarışına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru