"Repin atası Çingiz Mustafayevdir" - Hüseyn Dəryanın arxiv görüntüləri yayıldı

6-08-2018, 15:25           
"Repin atası Çingiz Mustafayevdir" - Hüseyn Dəryanın arxiv görüntüləri yayıldı
Xəbər verdiyimiz kimi, azərbaycanlı reper Anar Nağılbaz vəfat edib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə hər kəs A. Nağılbazın ölüm xəbərini paylaşaraq, "Azərbaycan repinin atası öldü" sözlərini yazıb.

Vaxtı ikən reper Hüseyn Dərya ilə Anar Nağılbazın bir-biri ilə rəqabət aparması da heç kimə sirr deyil.

BAKU.WS mərhum reper Hüseyn Dəryanın Azərbaycan repinin yaradıcısının kim olduğu haqda söylədiyi fikirləri üzə çıxarıb.

Bir neçə il əvvəl hazırda fəaliyyət göstərməyən ANS telekanalında yayımlanan "Yeriniz məlum" verilişinin qonağı olan H. Dərya çıxışında "Azərbaycan repinin atası Çingiz Musatafayevdir" demişdi.

Görünür, elə bu sözlər hər iki mərhum reperin arasında gərginliyi daha da artırmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru