Kübra Əliyevanın oğlu həbsxanada öldü - Aktrisa fəryad etdi

22-09-2015, 23:00           
Kübra Əliyevanın oğlu həbsxanada öldü - Aktrisa fəryad etdi
Əməkdar artist Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov dünyasını dəyişib.

teref.az xəbər verir ki, məlumatı gecce.az-a təqdiqləyən Kübra xanım göz yaşı içində bunları danışıb: "Rauf cəzaçəkmə məntəqəsinin xəstəxanasında yatırdı. Ciyərində xəstəliyi var idi. Həkimlər çox səy göstərdi, amma ağır vəziyyətdən xilas edə bilmədilər. Böyük oğlum idi, dayağım idi, getdi... Övlad dərdi mənə dağ çəkdi".

Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu. Onu da qeyd edək ki, Kübra xanım 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru