Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü

26-09-2015, 19:25           
Baloğlan Əşrəfov ağır yol qəzasına düşdü
Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış müğənni Baloğlan Əşrəfov Bakıdan Masallıya gedərkən Biləsuvar rayonu ərazisində ağır yol qəzası keçirib.

Hadisəylə bağlı informasiyanı Trendə qəza şahidləri veriblər.

Saytın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Baloğlan Əşrəfovun özü ilə əlaqə saxlayıb. Əməkdar artist informasiyanı təsdiq edib: “Bəli, qəza olub, çox həyəcan keçirdik. Allah bu dəfə də bizi qorudu. Şükür Allaha, salamatçılıqdır. Hələ də hadisənin şokundayıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru