İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab

30-09-2015, 13:33           
İlhamə Quliyeva adlı tələbəmiz yoxdur - Moskvadan cavab
Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. 72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.

“Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm”.

Dia.az xəbər verir ki, lent.az saytı xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlayıb. Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün İlhamə xanımın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət görüb. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. “Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru