MTRŞ-dan ANS-ə daha bir xəbərdarlıq

2-10-2015, 20:23           
MTRŞ-dan ANS-ə daha bir xəbərdarlıq
Milli Televiziya və Radio Şurası (MTRŞ) daha bir verilişə görə ANS televiziyasına xəbərdarlıq edib.

MTRŞ-in şöbə müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, ANS-də yayımlanan "Məchulu tapın" proqramı reklamla məşğul olur:

"Bu veriliş şuranın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı telekanala şifahi xəbərdarlıq olunub".

Şöbə müdiri bildirib ki, "Xəzər TV"də yayımlanan "Ay Zaur" verilişi yay ayları ərzində restoranlardan birinin reklamına xidmət edib. Onun sözlərinə görə, adıçəkilən proqram veriliş mahiyyəti kəsb etməyən material toplusu olub. T.Dadaşov əlavə edib ki, ümumiyyətlə, telekanallarda yayımlanan bəzi musiqili-əyləncəli verilişlərdə bayağı musiqilər səslənir: "Bəzi musiqili verilişlərdə yüksək zövqə bağlı olmayan bayağı musiqilər səsləndirilir. Bəzi verilişlər sadəcə reklamla məşğul olur. "Xəzər TV"də yayımlanan "Ay Zaur" proqramı yay ərzində restoran reklamı ilə məşğul olub".

Şöbə müdiri bildirib ki, MTRŞ verilişlərin məzmununa görə dəyərləndirmək və qərar vermək səlahiyyətinə malikdir. O, qurumun efirin kompleks şəkildə izlənməsini həyata keçirəcəyini vurğulayıb: "Hesab edirik ki, tekenallar efirin sağlamlaşdırılması prosesində bizə kömək edəcəklər. Onların həm öz aralarında əməkdaşlığı, həm də MTRŞ-lə koordinasiya olunmuş şəkildə fəaliyyəti bu işdə irəli getməyimizə yardım edəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru