ABŞ-da "Hollywood Play" ləqəbli repçi güllələnib

8-10-2018, 07:56           
ABŞ-da "Hollywood Play" ləqəbli repçi güllələnib
Amerikada "Hollywood Play" ləqəbi ilə rep ifa edən Frenk Snayder bazar günü Kuins rayonunda silahlı hücum zamanı qətlə yetirilib. Cinayətkarlar hadisə yerindən qaça biliblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "New York Post" nəşri yazıb.

Bildirilir ki, 35 yaşlı Snayder ötən gün müştərinin "Tavern Lounge" gecə klubunda keçirilən ad günündə çıxış edib.

Gecə saat 03:16 radələrində müəssisəyə qara rəngli sedan yaxınlaşıb. Salonda olan naməlum kişi klubdan çıxan repçiyə atəş açıb. Ayaq və boyun nahiyələrindən odlu silah yarası alan musiqiçi xəstəxanada keçinib.

Nəşrin yazdığına görə, polis sui-qəsdin məhz repçiyə yönəldiyini təsdiq edə bilməsə də, hadisə şahidi olan klub barmeni atəş açan şəxsin məhz Snayderi nişan aldığını deyib. Hazırda qətlin səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru