Röya tanınmış bəstəkara uduzdu - QƏRAR

8-10-2018, 12:02           
Röya tanınmış bəstəkara uduzdu - QƏRAR
Tanınmış bəstəkar Nadir Əzimov müğənni Röyanı məhkəmədə udub.
Open.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən bəstəkarın Röyaya qarşı qaldırdığı iddia təmin edilib.
Qeyd edək ki, Nadir Əzimov müğənninin müəllif hüquqlarını pozduğunu iddia edib və məhkəməyə müraciət edib.
Buna səbəb müğənninin ona məxsus olan "Darıxdım" mahnısını icazəsiz ifa etməsi olub.

Xəzər rayon məhkəməsinin qərarına əsasən bəstəkarın iddiası qismən təmin edilib.
Röya Xəzər rayon məhkəməsinin qərarından narazı qalaraq apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsində Xəzər rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Əməkdar artist bu qərardan da narazı qalıb Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmədə hakim Tatyana Qoldmanın sədrliyi ilə keçirilən prosesdə birinci və ikinci stansiya məhkəməsinin qərarı ləğv edilmiş və işi yenindən Apellyasiya Məhkəməsinə qaytarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru