Musa Musayev milyonçudan oğurluq edib - VİDEOFAKT

8-10-2018, 17:33           
Musa Musayev milyonçudan oğurluq edib - VİDEOFAKT
Müğənni Musa Musayev məhrum milyonçu Cənnət Əliyevin müəllifi olduğu "Təbriz" mahnısını oğurlayıb.
GoldNews.Az xəbər verir ki, M. Musayev SSRİ-nin ilk milyonçusu Cənnət Əliyevin "Təbriz" mahnısını mənimsəyib. Belə ki, sözgedən mahnının ilk ifaçısı Cənnət Əliyevin qurduğu "Təbriz" korporativin nəznində fəaliyyət göstərən eyni adlı ansambl olub.
M.Musayev də həmin ansamblda gitara ifaçısı kimi işləyib. İllər öncə "Dalğa" verlişinin qonağı olan "Təbriz" ansamblı proqramda "Təbriz" mahnısını ifa edib. Aparıcı mahnıdan əvvəl elan edib ki, əsərin sözləri Hökumə Billuri və musiqisi isə korporativin sədri Cənnət Əliyevə aiddir.
Maraqlıdır ki, bu faktlar Musa Musayev də iştirak etdiyi verilişdə səslənib.
Sözügedən videonu sizə təqdim edirik.

Bu hadisədən illər sonra isə M.Musayev yenidən həmin "Təbriz" mahnısını ifa edib. Artıq bu dəfə mahnının musiqi müəllifi kimi öz adını qeyd edib. Bundan əlavə, Musayevin bu mahnıda akustik gitara ilə ifasına heç bir məna verə bilmirəm. Musayevin ifasında "Təbriz" mahnısının video görüntüsünü təqdim edirik. Musiqi və söz müəlliflərinə diqqət edin.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.