Bundan sonra telekanallar... - QANUN DƏYİŞDİ

12-10-2018, 17:59           
Bundan sonra telekanallar... - QANUN DƏYİŞDİ
“Televiziya və radio yayımı haqqında” qanuna bir sıra dəyişikliklər Milli Məclisdə müzakirə edilib.

Publika.az xəbər verir ki, qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Jalə Əliyeva onun Tütün və tütün məmulatları haqqında qanun layihəsinə uyğunlaşdırma mahiyyəti daşıdığını bildirib.

J.Əliyeva deyib ki, qanuna edilən dəyişikliyə əsasən, telekanallar tütündən istifadə prosesini nümayiş etdirməməli və ya qapalı yayımlamalıdır:

“Bundan başqa telekanallar günün ən baxımlı saatlarında tütünün zərərlərindən bəhs edən və 90 dəqiqədən az olmayaraq veriliş hazırlamalıdır. Hazırlanan verilişlər barədə Milli Televiziya və Radio Şurasına məlumat verilməldir”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru