Yıldız Tilbenin Bakı konsertində bilet problemi - Yer üstündə dava düşdü

14-10-2018, 09:39           
Yıldız Tilbenin Bakı konsertində bilet problemi - Yer üstündə dava düşdü
Türkiyəli müğənni Yıldız Tilbenin Bakı Konqres mərkəzində solo konsert verdiyinə dair xəbər vermişdik.

Open.az xəbər verir ki, konsertə gələn izləyicilərlə, mərkəzin əməkdaşları arasında mübahisə yaşanıb. Belə ki, mərkəzin eyvanındakı yerlər satışa çıxarılsa da, daha sonra bu yerlərə bileti olan şəxslər ön sıralarda yerləşdirilib. Nəticədə eyvanlar boş qalıb.Elə buna görə bəzi izləyicilərin bileti üst-üstə düşərək yer problemi yaşanıb. Bütün bunların səbəbi isə öncədən satışa çıxarılan yerlərin boş qalmasıdır.

Qeyd edək ki, Yıldız Tilbenin Bakıya gəlməmişdən bir gün əvvəl baş tutan Ankara konsertində izləyicilər arasında dava düşmüş, hətta izləyicilərdən biri müğənninin üstünə hücum etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.