Türkiyədə “sükut günü” başlayıb- Təbliğat və təşviqat işləri dayandırılıb

30-03-2019, 20:37           
Türkiyədə “sükut günü” başlayıb- Təbliğat və təşviqat işləri dayandırılıb
Sabah Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar martın 30-da yerli vaxtla saat 18.00-dan etibarən təbliğat və təşviqat işləri dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Ali Seçki Komissiyasının qərarına əsasən “sükut günü” martın 31-i saat 21.00-dək davam edəcək. Səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.

Anadolu agentliyi səsvermə prosesi ilə bağlı məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru