Yenidən sayılma CHP-ni panikaya saldı - AKP-dən cavab

3-04-2019, 07:48           
Yenidən sayılma CHP-ni panikaya saldı - AKP-dən cavab
AKP-nin sədr müavini Əli İhsan Yavuz İstanbulda CHP-nin səslərin yenidən sayılması ilə bağlı Ali Seçki Qurumunun qərarının yerli seçki qurumunda dayandırmasına reaksiya verib.

Axar.az xəbər verir ki, Yavuz fərqin aradan qaldırılacağını və seçki nəticələrinin AKP-nin xeyrinə nəticələnəcəyini bildirdiyini xatırladıb.

"Həqiqətən, bu fəaliyyət əsnasında fərq sürətlə azalır. Fərqin hansı səbəbdən azaldığını ifadə etdik. Bütün səslərin, eləcə də etibarsız olanların yenidən sayılması ilə bağlı müraciət ünvanladıq. Bəzi rayon seçki dairələri bütün səslərin, bir qismi də etibarsız səslərin sayılmasına qərar verdi. Bəzi rayon seçki dairələrinin etibarsız səslərin AKP namizədinin lehinə sayılmasını CHP panika ilə qarşıladı. Seçki dairəsi isə səslərin sayılmasını dayandırdı. Həm tələskənlik, eyni zamanda, tədbir qərarının ortaya çıxması, bundan əlavə ASQ-nin sözügedən mövzuda qərarının olması belə bir mənzərə ortaya çıxardı və bizi heyrətləndirdi. İndi CHP-dən soruşmaq istəyirəm: Bu tələskənlik nədir? “Əsla icazə vermərik” çıxışı nəyin qorxusudur? Nədən qorxursunuz?”

Qeyd edək ki, AKP İstanblda keçirilən bələdiyyə seçkilərində bir çox məntəqədə yazılan rəsmi protokollarda Binəli Yıldırımın yüksək səs almasına rəğmən, səslərin yoxa çıxması və yaxud rəqibinin xeyrinə yazılmasını təsdiqləyən sənədləri nümayiş etdirərək, İstanbulun bütün 39 rayonunda səslərin yenidən sayılması tələbi ilə ASQ-na müraciət etmişdi. Həmçinin AKP 290 mindən çox bülletenin etibarsız sayılmasına da etiraz edir və həmin bülletenlərin bir daha nəzərdən keçirilməsini tələb edir.

Ali Seçki Qurumunun bu etirazı təmin etməsinə rəğmən CHP yerli seçki dairəsində səslərin yenidən sayılmasının dayandırılması barədə qərar çıxartmağa nail olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.