İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək

3-04-2019, 11:30           
İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək
İstanbulun 7 rayonunda təkrar bələdiyyə seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, bu qərar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda ssəsvermənin nəticələrindən şikayət etməsindən sonra Türkiyə Ali Seçki Komissiyası tərəfindən qəbul edilib.

Qeyd edək ki, AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 milyon səs qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru