Çavuşoğludan "S-400"zenit-raket kompleksi ilə bağlı - AÇIQLAMA
3-04-2019, 20:55
"ABŞ “Patriot” zenit-raket kompleksi ilə bağlı təklif irəli sürsə də, onu satacağına təminat verməyib”.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
""S-400” zenit-raket kompleksi ilə bağlı müqavilə başa çatmış bir müqavilədir. ABŞ isə “Patriot”la bağlı təklif irəli sürsə də, onun satışı ilə bağlı təminat verməyib”, - deyə o söyləyib.