Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib
20-05-2019, 11:14
Türkiyədə məşhur iş adamının evinə basqın edilib.
ONA yerli mətbuata istinadən xəbər verir ki, “Sarar” Şirkətlər Qrupunun presidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayıb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar. Evdən oğurlanan pulun məbləği və qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir.
İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.
Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.